Azərbaycanda ana gözlərini övladına

"Gözlərim tutulandan sonra yatmağı çox sevirəm. Çünki yuxuda uşaqlarımı görürəm”.

Bu sözləri Baku TV-də yayımlanan "Arzunun vaxtı" verilişində "gözlərini oğluna verən" Türkan Hüseynova deyib.

Görmə məhdudiyyətli Türkanın üç övladı var. Sonuncu övladına hamilə olarkən həkimlər ona seçim qoydu: ya gözlərin ya oğlun. Bu övladını dünyaya gətirəcəyi təqdirdə görmə qabiliyyətini itirəcəyini bildiyi halda, ana övladının həyatını üstün tutaraq gözlərini ona qurban verib.

16 yaşında ailə quran Türkanın hazırda 3 övladı var və onlara tək baxır. Onun gözləri üçüncü uşağı dünyaya gələndən bir neçə ay sonra tutulub. Övladının sifətini xatırlamağa çalışan Türkan deyib: "Hər kəsin gördüyü balalarını öz anası görə bilmir. "Balaların, oğlun nə gözəldir" sözü nəfəsimi kəsir".

Ən böyük arzusu övladlarının üzünü görmək olan ana onları böyüdərkən yaşadığı bir sıra çətinliklərdən də bəhs edib.

"Kirayə yaşadığmız evi dəyişəndə əziyyət çəkirik. Mühitə alışıram, sonra başqa evə köçməli oluruq və hər şey yenidən başlayır”, - deyə o qeyd edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR