Mərkəzi Bankın sədrinə yeni müşavir

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımova müşavir təyin edilib.

Metbuata.az "APA-Econimics"ə istinadən xəbər verir ki, bu vəzifəyə "PAŞA Bank"ın İnzibatçılıq şöbəsinin rəhbəri Fərhad Vəliyev təyin edilib.

Fərhad Vəliyev ötən həftədən etibarən AMB sədrinin inzibatçılıq üzrə müşaviri kimi vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Fərhad Vəliyev 2010-cu ildən “PAŞA Bank” ASC-də müxtəlif vəzifələrdə çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR