Rusiya hökuməti məşhur avtomobil şirkətinin hissələrini 1 rubla aldı

Rusiya Sənaye və Ticarət Nazirliyi ilə “Renault” şirkəti arasında müqavilə imzalanıb.

Metbuat.az xəbər verir ki, müqaviləyə görə, Fransanın avtomobil şirkəti Rusiyadakı bütün hissələrini yerli hökumətə və Moskva bələdiyyəsinə simvolik olaraq 1 rubl qarşılığında təhvil verib. Müqaviləyə əsasən Fransız şirkətin “Avtovaz”dakı hissələrinin 68 faizi NAMI adlı rus şirkətinə təhvil verilib. Razılaşmaya əsasən “Renault” 6 il ərzində “Avtovaz”dakı hissələri yenidən geri ala bilər.

Qeyd edək ki, “Renault” sanksiyalar səbəbilə Rusiyadakı fəaliyyətini dayandırmaq barədə qərar qəbul etmişdi. Prezident Vladimir Putin Rusiyada fəaliyyətini dayandıran şirkətlərin hissələrinin hökumət tərəfindən alınması məsələsinə dəstək vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR