Tarixi anlar: Rəsmən elan olunur

İsveç parlamentində ölkənin NATO-ya qoşulmasına dair müzakirələrə aparılır.

Metbuat.az xəbər verir ki, Baş nazir Maqdalena Andersson çıxışı zamanı bildirib ki, İsveç NATO-ya qoşularsa təhlükəsizliyi daha yaxşı təmin olunacaq. Baş nazirin sözlərinə görə, NATO-ya üzv olmaq İsveçin təhlükəsizlik siyasətində tarixi dəyişikliyə səbəb olacaq. O, ölkənin təhlükəsizlik zəmanətinə ehtiyac olduğunu ifadə edib.

Qeyd edək ki, İsveç parlamentində ölkənin NATO-ya üzv olmaq üçün müraciət etməsinə dair qərar qəbul olunacağına şübhə yoxdur. Ölkədəki siyasi partiyalardan ikisi İsveçin NATO-ya üzv olmasına qarşıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR