“Cim-bom”un prezidenti:

“Qalatasaray”ın prezidenti Burak Elmas növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu “cim-bom”un hazırkı rəhbəri özü açıqlayıb.

O jurnalistlərə açıqlamasında son dəfə jurnalistlər önünə çıxdığını söyləyib. Fəaliyyəti dövründə gördüyü işlərlə bağlı hesabat verən Elmas seçkilərə qatılmayacağını bəyan edib.

Qeyd edək ki, “Qalatasaray”da prezident seçkiləri iyunun 11-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR