Azərbaycanda əczaçılıq məhsullarının satışları apreldə 13%-dək azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına istehlakçılar tərəfindən 340,7 mln. manat xərclənib.

Metbuat.az Dövlət Statistika Komitəsinin hesabatına istinadla xəbər verir ki, bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 20,1% və ya 57 mln. manat çoxdur.
Bu ilin mart göstəricisi ilə müqayisədə isə aprel satışlarının həcmi 12,7% və ya 11,1 mln. manat azalaraq 76 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin ilk dörd ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub ki, bu da ötən ilin eyni göstəricisinə bərabərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR