Əməkdar incəsənət xadimi Fuad Vəlixanov

Tanınmış televiziyaçı, Azərbaycanın Əməkdar incəsənət xadimi Fuad Vəlixanov vəfat edib.

Metbuat.az xəbər verir ki, uzun zamandır xəstəlikdən əziyyət çəkən F.Vəlixanov bu gün dünyasını dəyişib.

Qeyd edək ki, F.Vəlixanov 1965-1969-cu illərdə "Molodyoj Azerbaydjana", "Vişka" qəzetlərində və "Kommunist" nəşriyyatında əməkdaşlıq edib. 1970-ci ildən Azərbaycan Dövlət Televiziyasında redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor müavini və baş direktor işləyib.

1992-1993-cü illərdə ilk müstəqil "BM-Tİ" teleşirkətin proqramlar direktoru, 1998-1999-cü illərdə ANS teleradio şirkətində baş direktorun televiziya üzrə müavini olub.

2000-ci ildən Lider televiziyasında bədii rəhbər və proqramlar direktoru kimi çalışıb. 2006-cı ildən Azərbaycan Televiziyasında proqramlar direktoru vəzifəsinə qayıdıb. 2008-ci ildən "Müəllif Proqramları və Xüsusi Lahiyələr" departamentinin direktoru vəzifəsində işləyib.

2006-cı ildə "Əməkdar İncəsənət Xadimi" adına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR