Tehranda tətil elan edildi: Sakinlərə çölə çıxmamaq barədə çağırışlar edilir

Tehranda havanın çirklənməsi yüksək səviyyələrə çatdığına görə bütün məktəblərdə, univeristetlərdə və dövlət idarələrində tətil elan edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Tehran bələdiyyəsindən açıqlama verilib. Bildirilib ki, qarşıdakı günlərdə havadakı zərərli maddələrin sayı daha da artacaq. Məlumata görə, Tehranda “narıncı” təhlükə səviyyəsi elan edilib. Sakinlərə vacib olmadıqca evlərini tərk etməmək tövsiyyə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR