Rusiya Ukrayna ordusunun hücumundan çəkinir:

Rusiya qüvvələri Ukrayna ordusunun irəliləməsinin qarşısını almaq üçün Ukraynanın şərq bölgələrində mövqelərini gücləndirir.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Qərargahından açıqlama verilib. Bildirilir ki, rus qüvvələr Ukrayna ordusunun qarşısını almaq üçün həmçinin hücumlar təşkil edir. Məlumata görə, Slobojansk və Xarkov istiqamətlərinə ruslar əlavə qüvvələr cəlb edilib.

Slavyansk bölgəsində isə ruslar yeni hücumlara hazırlaşır. Donetsk və Luqansk bölgələrində Rusiya ordusunun 11 hücumunun qarşısı alınıb. Ruslar itkilər verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR