Fransız əsgərlərə qarşı üsyan başladı: Fransanın dəstəklədiyi prezidenti devirmək istəyirlər

Mərkəzi Afrikada yerləşən Çadda etirazlar keçirilir.

Metbuat.az xəbər verir ki, nümayişçilər fransız əsgərlərin ölkədən çıxmasını və Fransanın dəstəklədiyi Mahamat Debinin istefasını tələb edir. Etirazçılar “Müstəmləkəçilər rədd olsun” şüarları səsləndirib.

Qeyd edək ki, Çadda 2 min fransız hərbçinin olduğu bildirilir. Bundan əvvəl Malidə oxşar etirazlar keçirilib. Etirazlar nəticəsində Fransanın dəstəklədiyi prezident Bah Ndav devrilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR