NATO-ya üzv olmaq üçün 7 şərt:

İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün rəsmən müraciət etməsindən sonra ölkələrin hərbi alyansa qoşulması üçün hansı proseslərdən keçməli olduğu yenidən gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, istənilən ölkənin NATO-ya qoşulması üçün əsas şərt alyans üzvləri olan 30 ölkənin hamısının razılıq verməsidir. Yalnız 30 ölkənin razılığından sonra müraciət edən dövlətin NATO-ya üzv olması üçün 7 mərhələli prosedur başlayır.

1. NATO-ya üzv olmaq istəyən ölkə rəsmi ərizəsini təqdim edir.

2. NATO-nun Ali Şurası müraciəti dəyərləndirir. Şura müraciəti nazirlər, müdafiə nazirləri və Baş nazirlər səviyyəsində dəyərləndirə bilər.

3. NATO-nun Ali Şurasında müraciət qəbul ediləndən sonra müraciət edən ölkə ilə NATO arasında üzvlük danışıqları başlayır. Bu danışıqlar 1 gün və ya daha çoxdavam edə bilər.

4. Ali Şura bu müzakirələrdən sonra üzvlük prosesinin davam edib-etməyəcəyinə qərar vermək üçün növbəti dəfə toplanır.

5. NATO ölkələri arasında razılıq əldə ediləndən sonra üzvlük sənədi imzalanır və namizəd ölkəyə rəsmi dəvət göndərilir. Bu dəvət sayəsində namizəd ölkə NATO toplantılarında iştirak edə bilər. Lakin səs vermək hüququna sahib ola bilməz.

6. NATO ölkələri hərbi alyansın qəbul etdiyi qərarı öz milli prosedurlarına görə nəzərdən keçirir və səsverməyə çıxarır. Bu, bir neçə ay davam edə bilir.

7. Namizəd ölkə ABŞ-ın Dövlət Departamenti ilə əlaqə quraraq rəsmi olaraq NATO üzvü olmaq hüququnu əldə edir.

Qeyd edək ki, sonuncu dəfə NATO-ya Şimali Makedoniya üzv olub. Şimali Makedoniyanın NATO-ya qoşulması 1 il davam edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin terror təşkilatlarına dəstək verdiyini əsas gətirərək, NATO-ya qoşulmasına qarşı çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR