Bakıda ağır qəza: 5 avtomobil bir-birinə çırpıldı -

Bakıda ağır yol qəzası hadisəsi baş verib.

Metbuat.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 10 radələrində Əhməd Rəcəbli küçəsində, "Hilal elektrik"in qarşısında qeydə alınıb.

Qəza nəticəsində 4-5 avtomobilə ciddi ziyan dəyib.

Belə ki, “Opel” markalı avtomobil “Chevrolet” markalı avtomobilə çırpılıb. Toqquşma nəticəsində avtomobillər qarşıdakı maşınlara da çırpılaraq ağır yol qəzası yaradıb.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan yoxdur.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR