"Diktatorun məğlub olacağına əminəm" -

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə “diktator” deyib.

Metbuat.az xəbər verir ki, Zelenski Kann kino festivalının açılış mərasimində çıxışı zamanı bildirib ki, Ukrayna təslim olmayacaq. Döyüşməyə davam edəcəklərini deyən Zelenski, qələbə qazanacaqlarını ifadə edib. Ukrayna Prezidenti müharibə nəticəsində mülki itkilərdən danışaraq, rus ordusun dinc insanları hədəfə aldığını bildirib. “Diktatorun məğlub olacağına əminəm” - deyə Zelenski qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR