Namik Ələskərov "Bursaspor"un məşqinə qatılmayıb

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyənin "Bursaspor" klubunda məşqə çıxmayıb.

Metbuat.az "Bursahakimiyet" nəşrinə istinadən xəbər verir ki, legionerlər kluba xəbərdarlıq etmədən məşq prosesinə qatılmayıblar.

Aşağı liqaya düşən komandada son turdan əvvəl yalnız 10 gənc oyunçu məşqə qatılıb.

Qeyd edək ki, "Bursaspor" 35 oyuna 41 xalla 16-cı pillədə qərarlaşıb və komandanın sona bir tur qalmış aşağı liqaya düşəcəyi dəqiqləşib. Legionerlər II Liqada oynaya bilməyəcəklərindən, "Bursaspor" Namik Ələskərovla vidalaşmalı olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR