Cari ildə Azərbaycanda 7 mindən çox insanı heyvan dişləyib -

Cari ilin ilk 3 ayında Azərbaycanda 7051 heyvan dişləməsi olub.

Metbuat.az xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Ceyran Cəfərova deyib.

O bildirib ki, dişləmə hadisələri daha çox itlərin hücumu nəticəsində olub: “Bu ilki rəqəmlərdən təxminən 500-600-ü it dişləmələri olub. 672 hadisə isə pişik cırmaqlaması olub”.

O qeyd edib ki, dişləməyə daha çox məruz qalanlar uşaqlardır: “Çünki onlar təhlükəni dərk etmir və haradan gəldiyini bilmirlər. Həmçinin kişilər arasında da heyvan dişləməsinə məruz qalma müşahidə olunur. Bu da əsasən rayon və kənd yerlərində maldarlıqla məşğul olanlardır”.

Ceyran Cəfərova həmçinin qeyd edib ki, Azərbaycanda bu il quduzluğa yoluxma və quduzluqdan ölüm halı baş verməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR