Yüzlərlə ukraynalı hərbçi təslim oldu - Moskva "Mariupol qələbəsi"ni elan edəcək

Son iki gün ərzində “Azovstal” zavodunda müqavimət göstərən 959 ukraynalı hərbçi təslim olub.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, onların arasında yaralılar da var. Məlumata görə, yaralı ukraynalı hərbçilər qondarma Donetsk respublikasındakı xəstəxanalara yerləşdirilib. Açıqlamada Rusiya ordusunun yüksək dəqiqliyə malik raketlə Donetsk ətrafında Ukrayna ordusuna məxsus 2 komanda mərkəzinin hədəfə alındığı qeyd edilib.

Ümumilikdə isə son hərbi əməliyyatlar nəticəsində 41 hərbi məntəqə hədəfə alınıb. 270-dən çox silahlının həlak olduğu ifadə edilib.

Qeyd edək ki, Ukrayna və Rusiya “Azovstal” zavodundan 264 yaralı əsgərin təxliyə edilməsi barədə razılıq əldə etmişdi. Hərbçilər təxliyə edilərkən toqquşma baş verməyib. Ukrayna tərəfi hərbçilərin rusiyalı əsirlərlə dəyişdiriləcəyini açıqlayıb. Rusiya mediası isə “nasist” adlandırdığı ukrayanlı hərbçilərin məhkəmə qarşısına çıxarılacağını yazıb.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumatına görə, Rusiya Mariupolda qələbəni elan etmək üçün ukraynalı hərbçilərin “Azovstal” zavodundan təxliyə olunması ilə razılaşıb. İddialara görə, Rusiya Ukraynadakı uğursuzluqla bağlı tənqidlərdən yayınmaq üçün belə həmlə edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR