"Araz Naxçıvan" klubuna texniki məğlubiyyət

May ayının 15-də Region Liqasının “Xan Lənkəran” və “Araz-Naxçıvan” komandaları arasında 1/2 final mərhələsi çərçivəsində keçirlmiş oyundan sonra aparılmış araşdırmalar aparılıb.

AFFA-dan Metbuat.az-a verilən məlumata görə, məlum olub ki, “Araz-Naxçıvan” komandasının heyətində çıxış edən futbolçulardan Orxan Əliyev və Elməddin Məmmədovun cari mövsüm ərzində peşəkar müqaviləsinin var.

“Araz-Naxçıvan” komandasının heyətində cari mövsüm ərzində peşəkar müqaviləsi olan futbolçular iştirak etdiyi üçün 1/2 final mərhələsinin müvafiq oyununda “Araz-Naxçıvan” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR