Zelenski milli geyimdə xalqını təbrik edib -

Ukrayna Prezidenti Volodimir Zelenski milli geyimdə yayıma çıxaraq xalqını Naxış Günü münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, bu barədə dövlət başçısı tviterdə paylaşım edib.

“Sağlamlıq diləyirəm! Güclü, sarsılmaz, cəsarətli və azad Ukrayna, Naxış Günün mübarək!”, - ölkə lideri videomüraciətində bildirib.

Qeyd edək ki, Ümumdünya Naxış Günü milli naxışlarla bəzədilmiş Ukrayna paltarlarının yaradılması və geyinilməsi, həmçinin orijinal xalq ənənələrini qorumaq üçün nəzərdə tutulmuş beynəlxalq bayramdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR