Yüzlərlə ukraynalı hərbçi təslim oldu -

Son üç gün ərzində “Azovstal” zavodunda müqavimət göstərən 1730 ukraynalı hərbçi təslim olub.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, onların arasında yaralılar da var. Məlumata görə, yaralı ukraynalı hərbçilər qondarma Donetsk respublikasındakı xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, Ukrayna və Rusiya “Azovstal” zavodundan 264 yaralı əsgərin təxliyə edilməsi barədə razılıq əldə etmişdi. Hərbçilər təxliyə edilərkən toqquşma baş verməyib. Ukrayna tərəfi hərbçilərin rusiyalı əsirlərlə dəyişdiriləcəyini açıqlayıb. Rusiya mediası isə “nasist” adlandırdığı ukrayanlı hərbçilərin məhkəmə qarşısına çıxarılacağını yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR