Şiddətli zəlzələ baş verdi:

Sakit okeanında Yeni Zelandiya ilə Antarktika arasında yerləşən Makkuori adası sahillərində rixter cədvəli üzrə 7,3 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, zəlzələ Avstraliya və Yeni Zelandiyada da hiss edilib. Yeraltı təkanlardan sonra sunami təhlükəsi elan edilib. Yerli mənbələrin məlumatına görə, sunami yaşayış məntəqələri üçün təhlükə təşkil edəcək təsirdə deyil.

Bununla belə sakinlərə xəbərdarlıq edilib. Zəlzələnin fəsadları barədə hələlik məlumat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR