Ölkəyə səyahətə gələn Hindistan vətəndaşı itkin düşdü

Zaqatalada Hindistan vətəndaşı itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a bildirilib ki, mayın 17-də DİN-in “102” Xidməti-Zəng Mərkəzinə turist kimi ölkəmizə səyahət edən Hindistan vətəndaşı, sonuncu dəfə Zaqatalada olan 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin itkin düşməsi ilə bağlı müraciət daxil olub.

Daxil olmuş müraciət əsasında aparılan ilkin araşdırma zamanı onun Zaqatalada qaldığı oteli mayın 12-də tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

Hazırda Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun əməkdaşları həmin şəxsin tapılması istiqamətində axtarışlara cəlb olunublar.

Nəticəsi barədə əlavə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR