Putin ordu rəhbərliyinə qəzəbləndi:

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı uğursuzluğa görə ordu rəhbərliyində dəyişikliklər edib.

Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, bir neçə komandan hələ müharibənin ilk həftələrində ordudan qovulub və ya həbs edilib.

Məlumata görə, “Moskva” kreyserinin vurulmasına görə, vitse-admiral İqor Osipov qovulub. Xarkov ələ keçirilmədiyi üçün isə tank birliyinə komandanlıq edən general-leytenant Sergey Kisel qovulub. Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynadakı hərbi əməliyyatlara rəhbərlik etmir. Lakin o hələlik postundadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR