Tovuz şəhər stadionunun ot örtüyü yenilənir -

AFFA Tovuz şəhər stadionunda süni ot örtüyünün yenilənməsi ilə bağlı işlərə başlayıb.

Metbuat.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə hazırkı ot örtüyünün sökülməsi başa çatdırılacaq.

Bundan sonra isə standartlara cavab verən yeni süni ot örtüyü quraşdırılacaq.

Qeyd edək ki, yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Turan Tovuz" ev oyunlarını bu arenada keçirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR