Rusiyanın dövlət televiziyasında ŞOK ETİRAF - "Vəziyyət Rusiyanın əleyhinədir"

Keçmiş rusiyalı komandan hazırda ekspert kimi fəaliyyət göstərən Mixail Koderanokun Rusiyanın dövlət televiziyası olan Rossiya-1-dəki etirafı şok effekti yaradıb.

Metbuat.az xəbər verir ki, keçmiş komandan Ukraynadakı vəziyyətin Rusiyanın əleyhinə olduğunu və bundan sonra daha da pisləşəcəyini etiraf edib. Ekspertin etirafı həm zaldakı qonaqların həm də aparıcının təəccübünə səbəb olub:

“Hazırda Rusiya geosiyasi cəhətdən tamamilə təcrid edilib. Etiraf etməkdən nifrət etsək də, bütün dünya Rusiyaya qarşıdır. Bu vəziyyəti dəyişməliyik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR