Azərbaycanın “Avroviziya”da səsləri niyə ləğv edilib? -

Avropa Yayım Birliyi (EBU) “Avroviziya-2022” Mahnı Müsabiqəsində 6 ölkənin münsif səslərinin ləğv olunmasının səbəbini açıqlayıb.

Metbuat.az xəbər verir ki, EBU həmin ölkələrin bir-birini öz sıralamalarında “TOP 5”də qeyd etdiyi və bunun qaydalara zidd olduğunu deyib. Bu səbəbdən xallar sıfırlanıb.

Qeyd edək ki, Avropa Yayım Birliyi 6 ölkəni - Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San-Marinonu münsiflər heyətindən çıxarıb. Buna münsiflər heyətinin səsverməni manipulyasiya etməkdə şübhəli bilinən cəhdləri səbəb göstərilib.

Azərbaycan aparıcısı canlı efirdə səsləri elan edə bilməyib və EBU özü səsləri açıqlayıb. Azərbaycan birinci yerdə Ukraynanı göstərsə də, səslər Böyük Britaniyaya yazılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR