“Qəbələ” əcnəbi futbolçusu ilə yeni müqavilə bağlayıb

“Qəbələ”nin yarımmüdafiəçisi Rafael Utziqin taleyinə aydınlıq gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə apasport.az saytına “qırmızı qaralar”ın baş məşqçisi Elmar Baxşıyev məlumat verib.

Çalışdırıcı braziliyalı hücumameylli futbolçunun növbəti mövsüm də komandada qalacağını bildirib. Baxşıyev 26 yaşlı oyunçu ilə danışığı yekunlaşdırdıqlarını, Utziqin yeni 1 illik müqavilə bağladığını söyləyib.

Qeyd edək ki, “Qəbələ” bir müddət əvvəl braziliyalı müdafiəçi Ruan Renato ilə yeni sözləşmə imzalayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR