Oynamaq üçün evdən çıxan 3 bacı

Bakıda üç uşaq itkin düşüb.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə mayın 17-i paytaxtın Sabunçu rayonu Q.Vəzirov küçəsində qeydə alınıb.

14 yaşlı S.R., onun bacıları, 10 yaşlı Ş. və 7 yaşlı X. oynamaq məqsədilə evin qarşısına çıxaraq, bir daha geri qayıtmayıblar.

Bu barədə onların anası M.Salmanova Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onların hər üçü tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı həmin bölmədə araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR