Bəhram Bağırzadə bu görüntülərinə görə tənqid edildi - VİDEO

Əməkdar artist Bəhram Bağırzadənin paylaşdığı video narazılığa səbəb olub.

Metbuat.az olay.az-a istinadən xəbər verir ki, sənətçi fiziki əngəlli bir şəxsin “çəkmə, lazım deyil, başına dönüm” etirazına baxmayaraq ona suallar verməyə və görüntüyə almağa davam edir. Həmin şəxs isə gözləri yaşararaq sualları cavablandırır.

Bağırzadənin bu videosu birmənalı qarşılanmayıb. Onlarla insan komediyaçını tənqid edib, hətta şərh bölümündə Daxili İşlər Nazirliyini işarələyərək bir şəxsin iradəsinə zidd olaraq videoçəkiliş aparılmasına hüquqi qiymət verilməsini tələb ediblər.

Etirazlardan sonra B.Bağırzadə videonu sosial şəbəkə hesablarından silib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR