Zelenski: Donbas bölgəsi cəhənnəmə çevirilib

“Rusiya Donbas bölgəsini cəhənnəmə çevirib”.

Metbuat.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə açıqlama verib. O bildirib ki, şiddətli toqquşmalar səbəbilə bölgədə infrastruktur tamamilə sıradan çıxıb:

“Odessa bölgəsinə, Ukraynanın mərkəzi şəhərlərinə mütəmadi hücumlar var. Donbas tamamilə yox edildi. Rusiya üçün bunun hərbi baxımdan açıqlaması ola bilməz. Bu, mümkün qədər daha çox ukraynalını öldürmək üçün edilən canicə cəhddir. Mümkün qədər çox sayda ev və müəssisəni yox etmək istəyirlər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR