​“Real Madrid”lə anlaşdığı irəli sürülən Mbappedən GÖZLƏNİLMƏZ QƏRAR:

“Real Madrid” klubuyla razılaşdığı irəli sürülən Kilian Mbappe yeni mövsüm də "Paris Sen-Jermen" klubunda forma geyəcək.

Metbuat.az xəbər verir ki, bu barədə “Sky Sports” qəzetinin əməkdaşı italiyalı jurnalist Cianluca Di Marzio bildirib. Onun sözlərinə görə, Mbappe klubu ilə yeni müqavilə imzalamaq üzrədir. Qeyd edək ki, Kilian Mbappenin bir neçə aydır “Real Madrid” ilə danışıqlar apardığı bildirilirdi.

Tərəflərin müqavilə imzalamağa çox yaxın olduğu açıqlanmışdı. Hətta Kilian Mbappe özü də “Real Madrid”də forma geymək istədiyini dilə gətirmişdi. Bununla belə, tərəflər arasında bir neçə məsələ üzrə ciddi fikir ayrılığı olduğu məlumdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR