Bakıda torpağa basdırılmış tüfəng aşkarlanıb

Bakıda torpağa basdırılmış qoşa lüləli ov tüfəngi aşkarlanıb.

Penitensiar Xidmətdən Metbuat.az-a verilən xəbərə görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin, Xidmətin Müalicə müəssisəsinin əməliyyat aparatının və Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis idarəsinin 6-cı Polis bölməsinin əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun ərazisində torpağa basdırılaraq gizlədilmiş lüləsi və qundağı kəsilmiş qoşa lüləli ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR