Qondarma erməni soyqırımı barədə sənəd rədd edildi

İspaniyanın 17 muxtar vilayətindən biri olan Estremaduranın yerli parlamentində qondarma erməni soyqırımın tanınması barədə təklif müzakirəyə çıxarılıb.

Metbuat.az xəbər verir ki, sənədi muxtar vilayətdəki Podemos partiyası irəli sürüb. Bərabərlik və İnkişaf üzrə Əməkdaşlıq Komissiyasında müzakirəyə çıxarılan sənəd rədd edilib. 5 deputat sənədin əleyhinə 1 nəfər lehinə səs verib. 11 nəfər isə bitərəf qalıb.

Sənədin lehinə səs verən Podemos partiyasının komissiyadakı nümayəndəsi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR