Fransa hökumətinin tərkibi dəyişdi, yeni nazirlər təyin edildi

Fransa hökumətində yeni nazirlər təyin edilib.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, təyinatları Yelisey sarayının baş katibi Aleksis Koler elan edib.

Katrin Kolonna Fransanın yeni xarici işlər naziri təyin edilib. O, 2017-ci ildən şöbəyə rəhbərlik edən Jan-İv Le Drianı əvəz edib.

Fransanın Silahlı Qüvvələr Nazirliyinə Sebastyan Lekornyu rəhbərlik edəcək. Daxili işlər naziri Cerald Darmanin, iqtisadiyyat və maliyyə naziri isə Bruno Le Mer olacaq.

Anyes Panye-Runaşe energetika naziri vəzifəsini icra edəcək. Əvvəlki hökumətdə o, sənaye nazirinin nümayəndəsi vəzifəsində çalışıb.

Bundan əlavə, Ameli de Monşalen Fransanın ətraf mühitin planlaşdırılması və əraziləri naziri təyin olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR