Şəhid anası 30 il sonra oğlunun məzarı başında -

Şuşadan çıxdığı gündən ən böyük arzusu doğma yurduna qayıdıb şəhid oğlunun məzarını ziyarət etmək olan Fatma Qənbərovanın 30 il sonra bu arzusu çin olub.

Metbuat.az xəbər verir ki, AzTV bu barədə süjet hazırlayıb.

F.Qənbərova bildirib ki, oğlunun məzarını tapıb ziyarət etmək həyat yoldaşının da arzusu olub. Amma İsrafilin qəbrini görmək onun yoldaşına qismət olmayıb.

AzTV-nin operatoru olan İsrafilin qardaşı Elgün Qənbərov öz peşəsini yerinə yetirmək üçün dəfələrlə Şuşada olsa da, ilk dəfə olaraq qardaşının məzarını ziyarət edib. E.Qənbərov Şuşada olarkən dəfələrlə qardaşının məzarını axtardığını bildirib.

Qeyd edək ki, İsrafil Qənbərov 1971-ci il avqustun 12-də Şuşada anadan olub. O, həqiqi hərbi xidməti müddətində 1991-ci il martın 14-də Əsgərana göndərilib. Pusquda duran ermənilər onun olduğu avtobusu güllə-baran ediblər. İsrafil aldığı güllə yarasından şəhid olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR