Azərbaycanda sahibsiz itlər onlarla insanı DİŞLƏDİ -

Tovuz rayonunun bir neçə kəndində sakinlər küçə itlərinin hücumuna məruz qalıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, rayonun Xatınlı, Əlimərdanlı, Qədirli, Qaraxanlı və Aşağı Öysüzlü kəndlərində sahibsiz itlər insanlara hücum edib.

Təkcə bir gün ərzində 11 nəfər kənd sakini sahibsiz itlərin hücumuna məruz qalaraq xəstəxanalıq olub.

Həmin şəxslər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Onlardan bir neçəsi azyaşlıdır.

Zərərçəkənlərin hamısına Tovuz Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub. Lakin aralarında azyaşlı uşaq da olan bir neçə xəstənin vəziyyəti aldığı xəsarətlərə görə orta ağır qiymətləndirilir.

Sakinlər bildirirlər ki, artıq rayonda aidiyyəti üzrə bütün strukturlara müraciət ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR