Bu ölkədə meymun çiçəyinə görə karantin

Belçikada meymun çiçəyi xəstəliyinə yoluxanların sayı 3 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, yoluxanlar təcrid edilib və müddət xəstəliyin gedişatından asılı olaraq 5 gündən 21 günədək davam edə bilər. Yoluxmuş şəxslərdə xəstəliyin bütün əlamətləri aradan qalxdıqdan sonra evə buraxılacaqlar.

Qeyd edək ki, meymun çiçəyi virusu aprel və may aylarında Qərbi Avropanın bir sıra ölkələrində, eləcə də digər qitələrdə yayılıb.

Xəstəliyin adətən yüngül formada keçdiyi qeyd edilir. Simptomları olan insanlara həkimə müraciət etmək tövsiyə olunur. Meymun xəstəliyinin simptomları bir neçə həftə ərzində olur, lakin bəzi hallarda tibbi fəsadlara və hətta ölümə səbəb ola bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR