Fərhad Quliyev yüksək vəzifəyə TƏYİN OLUNDU

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə yeni rəis təyin olunub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu vəzifə Fərhad Quliyevə həvalə edilib.

O, bu təyinata qədər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədrinin strateji inkişaf, investisiya layihələri və logistika üzrə müavini olub.

F.Quliyevə qədər Baş İdarənin rəisi vəzifəsini isə müvəqqəti olaraq bu idarə rəisinin 1-ci müavini Elçin Ağakişiyev icra edib.

Xatırlada qki, F.Quliyev 1981-ci ildə Bakı şəhərində anadan olub, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.

O, Əmək fəaliyyətinə 2002-ci ildə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq daşıma şirkətində planlaşdırma və logistika şöbəsində mütəxəssis kimi başlayıb, 2003-cü ildə isə həmin şöbənin rəisi təyin edilib, 2004-cü ildən dünyada tanınmış beynəlxalq audit və konsaltinq şirkətinin Azərbaycan və ABŞ ofislərində çalışıb, 2012-ci ildən şirkətin Azərbaycan üzrə konsaltinq xidmətlərinin rəhbəri olub.

F.Quliyev ölkə prezidentinin 22 iyul 2014-cü il tarixli sərəncamı ilə ASCO sədrinin müavini təyin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR