Rüstəm Muradovun bacısı oğlu Ukraynada həlak oldu:

Rusiya Qəhrəmanı, Cənub Hərbi Dairəsinin komandanının müavini, general-leytenant Rüstəm Muradovun bacısı oğlu Salman Süleymanov Ukraynada həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə "Baza" "telegram" kanalı məlumat yayıb.

Salman Süleymanov taqım komandiri olub. O, yanvarın əvvəlində xidmət yoldaşları ilə birlikdə Ukrayna ilə sərhədə aparılıb, aprelin sonunda isə döyüşlər zamanı həlak olub.

Muradov isə özü həmin vaxt yaralı olduğu üçün xəstəxanada olub. O, bacısı oğlunun ölüm xəbərini aldıqdan sonra dəfn edilməsi üçün heç olmasa bir sümük tapılmasını xahiş edib. Nəticədə Salmanın qalıqları vətəni Dərbəndə (Dağıstan) gətirilib.

Xatırladaq ki, Rüstəm Muradov Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinə 2022-ci ilin fevralına qədər komandanlıq edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR