Zelenski Rusiyaya qarşı döyüşən hərbçilərin sayını açıqladı - İNANILMAZ RƏQƏMLƏR

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə müharibə başlayandan sonra ordu sıralarının 6 dəfə artdığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, Zelenski bildirib ki, müharibə başlamadan əvvəl Ukrayna ordusunda 120 min hərbçi xidmət edirdi. İndi isə bu rəqəm təqribən 700 minə çatıb. “Ukrayna və Rusiya arasındakı danışıqlar mütləq baş tutacaq. Vasitəçilərlə və ya vasitəçisiz. Hansı formatda olacaq bilmirəm. Amma müharibə qanlı olacaq, toqquşmalara baş verəcək və müharibə yalnız masada sona çatacaq”.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Zelenski səfərbərlik elan etmiş, yaşı 18-60 arası olan kişilər orduya cəlb edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR