“Sabah” FK Slavik Alxasovla yollarını ayırıb.
Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Klub futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edirb, ona gələcək karyerasında uğurlar arzulayıb.