Azərbaycan millisinə 15 futbolçu çağırılıb

UEFA Millətlər Liqasında keçirəcəyi ilk 4 matç üçün Azərbaycan yığmasının təlim-məşq toplanışa dəvət olunan futbolçuların siyahısı müəyyənləşib.

Metbuat.az xəbər verir ki, baş məşqçi Canni De Byazi mayın 29-da başlayacaq hazırlıq prosesinə 15 oyunçu çağırıb.

Toplanışın növbəti mərhələsində iştirak edəcək heyətlə bağlı əlavə məlumat veriləcək.

Dmitri Nazarov və Renat Dadaşov komandaya mayın 25-dən sonra qoşulacaq.

Qeyd edək ki, iyunun 3-də, 6-da, 10-da və 13-də keçiriləcək görüşlərə hazırlıq prosesi mayın 27-dək davam edəcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR