Rusiya ABŞ silahlarını hədəfə aldı -

Rusiya ordusu Ukraynada Avropa və ABŞ-dan göndərilən silahların olduğu ərazini bombalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, silahlar Ukraynanın bölgələrinə göndərilmək üçün Jitomirdəki qatar vağzalına gətirilib. Rusiya ordusu Kalibr raketləri ilə vağzalı hədəfə alıb. Müdafiə Nazirliyi son 24 saat ərzində Ukraynada 47 hərbi məntəqənin vurulduğunu açıqlayıb. Hərbi əməliyyatlar zamanı 270-dən çox hərbçinin həlak olduğu açıqlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR