İnanılmaz etiraf: ABŞ Ukraynanı NATO məsələsində aldadıb -

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Mişel Antoni diqqətçəkən etiraflar edib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ Ukraynaya NATO məsələsində yalan danışıb. Juranlistin “Ukraynanı NATO-ya üzv ola biləcəyinə inandıraraq yalan danışdıq?” sualına, keçmiş diplomat gülümsəyərək “Bəli, həqiqət belədir” cavabını verib. Proqramdan sonra sözlərinin sərt səsləndiyini etiraf edən keçmiş səfir, bununla belə sözlərinin arxasında olduğunu ifadə edib. O deyib:

“Bayden bilirdi, Putin bilirdi, Zelenski bilirdi. Zelenski müharibədən əvvəl NATO ilə bağlı açıqlamaları ikiüzlülük adlandırdı”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR