Ukraynanın xarici işlər naziri Dmitri Kuleba silahların çatdırılmasının sürətləndirilməsi barədə çağırış edib.
Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna ehtiyac duyduğu silahlara hələlik sahib deyil. Diplomat bildirib ki, Donbasdakı müharibə ikinci dünya müharibəsindən sonra Avropadakı ən şiddətli toqquşmadır. Kuleba ağır silahların tez bir zamanda Ukraynaya çatdırılmasının və bunun müharibənin gedişatını dəyişmək üçün vacib olduğunu ifadə edib.