"Şamaxı" klubu baş məşqçi ilə bağlı qərar verib

“Şamaxı” Futbol Klubunun İdarə Heyəti Rüstəm Əliyevin əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunması barədə qərar qəbul edib.

Bölgə təmsilçisinin Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, 35 yaşlı mütəxəssis ilə növbəti mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Rüstəm Əliyev Sənan Qurbanovun istefaya göndərilməsindən sonra aprelin 16-dan komandaya rəhbərlik edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR