Rusiya Belarusa raketlər yerləşdirdi

Rusiya Belarusun Ukrayna ilə sərhədinə İsgəndər-M raketləri yerləşdirib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Bildirilir ki raketlər sərhəddən 50 kilometr məsafədə yerləşdirilib. Həmçinin bildirilir ki, son 24 saat ərzində Rusiya ordusunun Donetsk və Luqansk istiqamətlərində 16 hücumunun qarşısı alınıb. Ruslar itkilər verib.

Zaporojya istiqamətində isə hücumlar davam edir. Rusiya ordusu Zaporojyaya əlavə qüvvələr cəlb edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR