"Sabah" klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb

“Sabah” klubu futbolçusu Boyan Letiçlə müqavilənin müddətini uzadıb.

Paytaxt təmsilçisinin Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, 30 yaşlı müdafiəçi ilə 1+1 illik yeni sözləşmə imzalanıb.

Bosniya və Herseqovinadan olan oyunçu fevralda "Sabah"a keçib.

Qeyd edək ki, Boyan Letiç cari mövsüm 11 oyunda iştirak edib və 1 qola imza atıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR