Cavanşir Paşazadə:

Milli Məclisin deputatı Cavanşir Paşazadə Baku TV-nin suallarını cavablandırıb.

Metbuat.az xəbər verir ki, millət vəkili bir neçə gün əvvəl Azərbaycanda özünü milyarder elan edən şəxsin olmaması ilə bağlı verdiyi açıqlamasının təfərrüatlarından danışıb.

O qeyd edib ki, “AZAL” kimi böyük şirkətlər özlərini milyoner, ya da milyarder elan edə bilər. Lakin yəqin ki, hələ milyardları olmadığı üçün çəkinirlər.

C.Paşazadə vəzifəli şəxslərin mal-dövlətinin mənbəyinin göstərilməsi məsələsinə də aydınlıq gətirib.

“Hər seçkidən qabaq millət vəkilləri mal varlığı ilə bağlı hesabat verir. Həmin hesabatda nəyim varsa, göstərilib”, - deyə deputat qeyd edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR