Daha bir ölkədə meymunçiçəyinə yoluxma aşkarlandı

Kanadanın Kvebek əyalətində meymumçiçəyinə 10 yeni yoluxma aşkar edilib.

Metbuat.az xəbər verir ki, bu barədə əyalətin səhiyyə rəsmiləri məlumat verib. Ümumilikdə, Kanadada meymunçiçəyinə yoluxanların sayı 15 nəfərə çatıb.

Rəsmi mənbələr bildirib ki, əyalətdə müalicə üçün kifayət qədər dərman ehtiyatı var. Lakin yoluxanların heç birinin vəziyyəti ağır olmadığı üçün xüsusi müalicəyə ehtiyac yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR