Neft Fondundan vətəndaşlara xəbərdalıq

Dövlət Neft Fondu (ARDNF) fişinq hücumları ilə bağlı vətəndaşlara xəbərdalıq edib.

Metbuat.az xəbər verir ki, qurum bəyan edib ki, son həftələrdə ARDNF və ARDNŞ adından geniş yayılan vətəndaşların individual əsasda neft və qaz treydinqi fəaliyyəti haqqında xəbərlərin və eləcə də, təqdim olunan müvafiq onlayn platformanın tamamilə yalnış və həqiqəti əks etdirməyən məlumat olduğunu vətədaşların diqqətinə çatdırırıq.

Bu paylaşımların Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyətinə heç bir aidiyyatı yoxdur.

Vətəndaşlardan fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq məqsədilə yalnız Fondun xəbər mənbələrində əks olunmuş rəsmi məlumatları izləməyi tövsiyyə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR